Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri yüksək təşkilatçılıqla qeyd olunub

14 iyun 2025 | 12:54

İyunun 14-də Daşkəsən rayonun  tam orta ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirləri  bayram əhvali-ruhiyyəsində keçirilib. Rayonun 22 tam orta ümumtəhsil məktəbinin şagirdlərindən 169 nəfəri məzun adını qazanıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun rəhbərliyi ilə tərtib edilmiş qrafikə uyğun olaraq rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıq göstərən bir qrup ziyalı, ağsaqqal və ictimaiyyət nümayəndələri  “Son zəng” şənliklərində iştirak ediblər.

Bütün tədbirlər Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin “Son zəng” tədbirində iştirak edib. Məzunları, müəllim kollektivlərini, həmçinin valideynləri “Son zəng” günü münasibətilə təbrik edən, sentyabrda məktəbə gələcək, sinif otaqlarına ilk kövrək addımlarını atacaq birincilərə isə mübarək qədəmlər diləyən icra başçısı Orxan Abbasov bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikasının təhsil siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın  xalqımızın gələcəyi olan uşaqlara və gənclərə göstərdikləri diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirdikləri tədbirlər Daşkəsən rayonunda da öz əksini tapmışdır. Son illərdə rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində ən ucqar kəndlərdə belə lazımi avadanlıqlarla təchiz edilən yeni məktəb və bağça binaları tikilmiş, modul tipli məktəblər quraşdırılmış və təhsil müəssisələrində çalışan pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi aparılaraq məvacibləri artırılmışdır. Bu da təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərmişdir.

 “Son zəng” tədbirlərində məzunların inamlı çıxışları, mənalı ürək sözləri alqışlarla qarşılanıb. 

On birincilər üçün sonuncu dəfə zəng çalındıqdan sonra rəmzi "Bilik açarı"nı birinci sinif şagirdlərinə təhvil verən məzunlar məktəblərə əlvida deyiblər.

Keçidlər