Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən rayonunun ümumtəhsil məktəbləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan bilik yarış keçirilib

08 may 2026 | 15:25

Mayın 7-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən Daşkəsən Rayon İcra Hakimiyyəti, Daşkəsən rayonu üzrə Təhsil Sektoru, “Sonsuz Baxış” Gənclər Təşəbbüs Qrupu, Qərbi Azərbaycan İcması Daşkəsən rayon nümayəndəliyi, Daşkəsən Rayon Ağsaqqallar Şurası, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin komandaları arasında keçirilən bilik yarışının məqsədi şagirdlərin bilik və dünyagörüşünün artırılması, onların milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, eləcə də Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin gənc nəsil arasında daha geniş təbliğ olunması olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ümumilikdə 80 nəfər məktəbli olmaqla, 16 ümumtəhsil məktəbinin komandası qalibiyyət uğrunda mübarizə aparıb. İştirakçılar tarix, coğrafiya, ədəbiyyat, məntiq və ümumi dünyagörüşünü əhatə edən müxtəlif mərhələlər üzrə biliklərini sınayıblar. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda komandalar yüksək hazırlıq səviyyəsi nümayiş etdirib, suallara operativ və dəqiq cavabları ilə seçiliblər.

Münsiflər heyəti cavabların düzgünlüyünü və təqdimat bacarıqlarını qiymətləndirərək qalibləri müəyyənləşdirib. Gərgin mübarizə şəraitində keçən yarışda Bayan kənd M.Mustafayev adına tam orta ümumtəhsil məktəbinin komandası 1-ci, İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası 2-ci, Mollahəsənli kənd tam orta ümumtəhsil məktəbinin komandası isə 3-cü yerə layiq görülüb.

Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb.

Keçidlər