Daşkəsən rayonunun Quşçu kəndində "Zəfərimizin rəmzi, dövlətçiliyimizin qüruru – Dövlət Bayrağımız" adlı tədbir keçirilib
Noyabrın 4-də Daşkəsən rayonunun Quşçu kəndində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən Rayon Mədəniyyət Mərkəzinin birgə təşkil etdikləri tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən Rayon Mədəniyyət Mərkəzinin nümayəndələri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Prezident cənab İlham Əliyevin rəhbərliyi altında əldə olunmuş tarixi Zəfərinin böyük əhəmiyyəti, xalqımızın sarsılmaz birliyi, qəhrəman şəhidlərimizin misilsiz fədakarlığı və Dövlət Bayrağımızın milli qürur və müstəqillik rəmzi olması diqqətə çatdırılıb. Bildirilib ki, Zəfər tariximiz xalqımızın yaddaşında əbədi yaşayacaq, şəhidlərimizin müqəddəs xatirəsi və qəhrəmanlıq salnaməsi daim ehtiramla anılacaq. Həmçinin vurğulanıb ki, bu gün ölkəmizin azad səmalarında dalğalanan şanlı bayrağımız xalqımızın ən böyük qürur mənbəyi, gələcək nəsillərə ötürüləcək ən dəyərli mirasıdır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq ideologiyası, Zəfərlə yazılan tariximiz, birliyimiz və Vətən sevgimiz bundan sonra da yeni uğurların, parlaq gələcəyin təməlidir.






