Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun Quşçu kəndində işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsi üçün maarifləndirici görüş keçirilib

29 iyul 2025 | 17:19

İyulun 29-da Daşkəsən rayonunun Quşçu kəndində işaxtaran və məşğulluqla bağlı çətinlik yaşayan şəxsləri məlumatlandırmaq, onların aktiv əmək bazarına inteqrasiyasına dəstək göstərmək məqsədilə maarifləndirici görüş təşkil olunub. Görüş Daşkəsən Rayon İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Məşğulluq İdarəsinin rayon xidmət şöbəsinin birgə təşəbbüsü ilə baş tutub.

Görüş zamanı iştirakçılara məşğulluq imkanları, elektron qeydiyyat prosedurları və peşə yönümü xidmətlər haqqında ətraflı məlumat verilib.  Həmçinin diqqətə çatdırılıb ki, kənd təsərrüfatı ilə məşğul olan istehsalçıların da əmək bazarına çıxış imkanlarının genişləndirilməsi və onların dövlət dəstəyi proqramlarından yararlanması üçün əlavə tədbirlər həyata keçirilir.

Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb, təklif və müraciətləri qeydiyyata götürülüb.

 

Keçidlər