Daşkəsən rayonunun Quşçu kəndində fövqəladə hallarda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib
18 avqust 2026 | 14:39
Avqustun 18-də Daşkəsən rayonunun Quşçu kəndində keçirilən maarifləndirmə Daşkəsən Rayon İcra Hakimiyyəti ilə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi arasında birgə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq təşkil edilib.
Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub. Həmçinin sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






