Daşkəsən rayonunun Quşçu kəndində əmlak sığortası üzrə maarifləndirmə aparılıb
Mayın 22-də Daşkəsən Rayon İcra Hakimiyyəti və “PAŞA Sığorta” ASC əhalinin əmlak sığortası barədə məlumatlılığının artırılması məqsədilə Quşçu kəndində sakinlərlə görüş təşkil edib.
İştirakçılara əmlak sığortasının əhəmiyyəti, mümkün risklərdən qorunma yolları, sığorta müqavilələrinin şərtləri və fövqəladə hallarda maliyyə təhlükəsizliyinin təmin edilməsi mexanizmləri barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, əmlak sığortası yaşayış və qeyri-yaşayış sahələrini yanğın, subasma və təbii fəlakətlər kimi gözlənilməz risklərdən qoruyan maliyyə təminatıdır. Azərbaycan qanunvericiliyinə əsasən, daşınmaz əmlakın sığortalanması icbaridir və bu, əhalini böyük maliyyə itkilərindən xilas edən əsas vasitədir.
Eyni zamanda, sakinlərin sualları cavablandırılıb, real həyat nümunələri əsasında sığortanın praktik üstünlükləri izah olunub, həmçinin bukletlər paylanıb.
Rayonun yaşayış məntəqələrində maarifləndirici görüşlərin davam etdirilməsi nəzərdə tutulur.






