Daşkəsən rayonunun dağlıq ərazilərinə qar yağıb
Daşkəsən rayonunun dağlıq ərazilərinə 3-5 sm qalınlığında qar yağıb. Yağıntı əsasən dəniz səviyyəsindən 1500 metrdən yüksək ərazilərdə qeydə alınıb. Qarın yağması ilə əlaqədar rayon ərazisində temperatur ötən günlərə nisbətən aşağı enib. Heyvandarlıq təsərrüfatları öz mal-qaralarını və xırdabuynuzlu davarlarını qışlaq ərazilərinə aparmağa başlamışlar.
19 sentyabr 2023-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında keçirilən Şuranın iclasında “Rayonun idarə, müəssisə və təşkilatlarında payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə” məsələlər müzakirə olunmuşdur. Qazlaşdırılmamış yaşayış məntəqələrində sakinlərin odun yanacağı ilə təmin olunması üçün regional meşə təsərrüfatı mərkəzinin rəhbərliyi ilə əlaqələr saxlanılır. Məktəblərin və tibb müəssisələrinin də odunla təminatı işləri yekunlaşmışdır. Buz bağlaması ehtimal olunan yollara səpilməsindən ötrü qum-duz qarışığı ehtiyatının toplanması üçün işlər aparılır.
Daşkəsən rayon İcra Hakimiyyətinin birbaşa rəhbərliyi ilə bütün xidmət sahələri işlərini günün tələbləri səviyyəsində qururlar.