Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən rayonunun Bayan kəndində məktəblilərlə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfərimizin 6 yaşı” adlı görüş təşkil olunub

19 oktyabr 2026 | 18:00

Oktyabrın 19-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin və Daşkəsən rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Bayan kənd M.Mustafayev adına tam orta ümumtəhsil məktəbində Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətinin gənc nəslə çatdırılması, eləcə də şəhidlərin və qazilərin qəhrəmanlığının təbliğ edilməsidir.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən, xalqımızın birlik və həmrəyliyindən bəhs ediblər. Bildirilib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, yenilməz iradəsinin və Vətən sevgisinin təcəssümüdür.

Vətən müharibəsi iştirakçıları və qaziləri Ceyhun Əliyev, Orxan Babayev, Eyvaz Namazov və Asim Nuruyev cəbhə xatirələrini məktəblilərlə bölüşüb, qalib Azərbaycan Ordusunun döyüş ruhundan və torpaq uğrunda mübarizəsindən danışıblar. Onlar gənclərə hər zaman Vətəni sevməyi, dövlətçiliyimizi qorumağı, milli-mənəvi dəyərlərimizə sədaqətlə yanaşmağı tövsiyə ediblər.

Şagirdlər qəhrəman qazilərin həyat yolu və döyüş xatirələri ilə maraqlanıb, onları maraqlandıran suallar ünvanlayıblar. Sonda mövzu ətrafında müzakirə aparılıb.

Keçidlər