Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən rayonunun Alunitdağ və Yuxarı Daşkəsən qəsəbələrində məktəblilərlə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfərimizin 6 yaşı” adlı növbəti görüşlər keçirilib

22 oktyabr 2026 | 16:11

21–22 oktyabr tarixlərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin və Daşkəsən rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Alunitdağ qəsəbə R.Qafarov adına və Yuxarı Daşkəsən qəsəbə Z.Bağırov adına tam orta ümumtəhsil məktəblərində Vətən müharibəsi iştirakçıları və qazilərlə “Zəfərimizin 6 yaşı” adlı görüşlər keçirilib.

Vətən sevgisi, qəhrəmanlıq ruhu və Zəfər qürurunun hakim olduğu görüşlərdə məktəblilər Azərbaycanın şanlı Qələbəsinin canlı şahidləri və iştirakçıları ilə bir araya gələrək tariximizin ən qürurlu səhifələri haqqında maraqlı söhbətlər dinləyiblər, Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi, şəhid və qazilərimizin keçdiyi şərəfli döyüş yolu barədə daha yaxından məlumat əldə ediblər.

Görüşlər zamanı Vətən müharibəsi iştirakçıları və qazilər 44 günlük müharibənin unudulmaz anlarından, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş meydanlarında göstərdiyi misilsiz şücaətdən, xalqımızın sarsılmaz birliyindən və Zəfərə gedən yolda yaşanan çətinliklərdən söz açıblar. Onların səmimi xatirələri şagirdlərə Vətən uğrunda mübarizənin nə qədər böyük fədakarlıq, cəsarət və iradə tələb etdiyini bir daha nümayiş etdirib. Eyni zamanda, Vətən torpaqlarının azadlığı, suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, qazilərimizin qəhrəmanlığı və fədakarlığı minnətdarlıq hissi ilə qeyd olunub.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşlərdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər