Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

26 fevral 2026 | 17:41

Ümummilli Lider Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 25 fevral 1997-ci il tarixli 498 nömrəli Sərəncamına əsasən Daşkəsən rayonunda Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla alınıb, nəqliyyatın hərəkəti dayandırılıb. Hüzn əlaməti olaraq rayon ərazisində dövlət bayraqları endirilib.

Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

.

Keçidlər