Daşkəsən rayonunda ümumi (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib
20 aprel 2025 | 14:16
Aprelin 20-də Daşkəsən rayonunda Dövlət İmtahan Mərkəzi tərəfindən rayonun ümumi təhsil məktəblərinin 9-cu sinif şagirdlərinin attestasiyası olub. Buraxılış imtahanı 2 binada – Daşkəsən şəhər İ.Nəsimi adına 1 №-li və A.Mürsəlov adına 2 №-li tam orta ümumtəhsil məktəblərində aparılıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə imtahan keçirilən binaların mühafizəsi, təcili tibbi yardım briqadalarının və yanğınsöndürən avtomobillərin xidməti təşkil edilib.
259 şagirdin iştirakı nəzərdə tutulan imtahan aidiyyəti məsul şəxslərin nəzarəti altında heç bir qanun pozuntusu olmadan uğurla başa çatıb.