Daşkəsən rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsi keçirilib
Aprelin 25-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən, ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsi keçirilib.
Müsabiqənin məqsədi müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, qüdrətli dövlət xadimi Heydər Əliyevin ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyü və suverenliyinin qorunması yolunda Vətənimiz və xalqımız qarşısında misilsiz xidmətlərini, zəngin irsini gənclərə çatdırmaq, habelə onların asudə vaxtlarını səmərəli təşkil etmək və istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir.
Müsabiqədə Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndirilib və iştirakçıların söylədikləri şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Sonda müsabiqənin qalibləri fəxri fərmanlarla təltif edilib.