Daşkəsən rayonunda tam orta (11 illik) təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanı uğurla başa çatıb
09 mart 2025 | 15:17
Martın 9-da Dövlət İmtahan Mərkəzinin 11-ci sinif şagirdləri üçün keçirdiyi yekun attestasiyada Daşkəsən rayonunun 22 tam orta ümumtəhsil məktəbindən 178 məzunun iştirakı nəzərdə tutulub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəb binasının mühafizə edilməsi, buraxılış rejiminin təşkili, imtahan sənədlərinin çatdırılmasına görə polis patrul xidməti və maşınının ayrılması, habelə səhiyyə, dövlət yanğından mühafizə xidmətləri, həmçinin binanın fasiləsiz su, işıq və qazla təminatı təlimata uyğun olaraq həyata keçirilib.
Üç saat davam edən imtahan prosesi heç bir qanun pozuntusuna yol verilmədən vaxtında yekunlaşıb.