Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

23 aprel 2026 | 16:07

AzerGold” QSC və Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşəbbüsü və təşkilatçılığı, eləcə də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib.

“AzerGold” QSC və Regional İnkişaf İctimai Birliyinin fəaliyyətinin 10 illiyi, o cümlədən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil edilən ağacəkmə aksiyaları 22 aprel – Beynəlxalq Yer Gününə həsr edilib.

Ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədilə təşkil edilən genişmiqyaslı aksiyada səhmdar cəmiyyətin, rayon icra hakimiyyətinin, eləcə də Regional İnkişaf İctimai Birliyinin əməkdaşları və könüllülər fəal iştirak ediblər.

Aksiyanın ilk günündə “Çovdar” qızıl mədəninin ərazisində, ümumilikdə 1,5 hektar sahədə yerli iqlim şəraitinə uyğun 1400-dən çox vələs tingi əkilib, aqrotexniki qulluq göstərilib.

Ekoloji aksiyanın növbəti günü Daşkəsən Şəhidlər Xiyabanının ətrafında 300 ədəd həmişəyaşıl şam ağacı əkilib, habelə Daşkəsən şəhərinin müxtəlif yerlərində 1000-dən artıq ağac tingi torpağa basdırılıb.

Keçidlər