Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən rayonunda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan növbəti ağacəkmə aksiyaları keçirilib

08 aprel 2026 | 16:52

Aprelin 8-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən Daşkəsən şəhərində, Bayan, Xoşbulaq və Zağalı kəndlərində keçirilmiş növbəti ağacəkmə aksiyalarında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, məsul şəxslər, sakinlər, gənc könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ətraf mühitin qorunması, yaşıllıqların artırılması və vətəndaşlarda ekoloji məsuliyyətin gücləndirilməsi məqsədi daşıyan aksiyalar zamanı yüzlərlə çinar ağacı əkilərək, aqrotexniki qulluq göstərilib. Həmçinin yaşıllıq sahələrinin qorunması ilə bağlı maarifləndirici söhbətlər aparılıb.

İcra başçısı Orxan Abbasov əkilən hər bir ağacın qorunmasının vacibliyini vurğulayıb və rayon ərazisində yaşıllaşdırma tədbirlərinin davam etdiriləcəyini diqqətə çatdırıb

Keçidlər