Daşkəsən rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
06 may 2026 | 11:31
SOCAR-ın "Qaz İxrac" İdarəsinin 01.05.2026-cı il tarixli, 14-2-12 /3-11-683 /2026 nömrəli sənədinə əsasən, yaz-yay mövsümü işlərinin aparılması ilə əlaqədar qaz ölçü qovşaqlarında quraşdırılmış mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni daraldıcı qurğularla əvəz olunması planlaşdırılır.
Aparılacaq işlərlə əlaqədar olaraq 07.05.2026-cı il tarixdə, saat 10:00-dan etibarən “Daşkəsən” AQPS ölçü qovşağından qidalanan istehlakçıların (Daşkəsən şəhəri, Mollahəsənli kəndi,Alunitdağ qəsəbəsi, Mədənçilər qəsəbəsi və Yuxarı Daşkəsən qəsəbəsi - 2805 abonent) qaz təminatında müvəqqəti fasilə yaranacaqdır.






