Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən rayonunda övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində monitorinqlər mütəmadi aparılır

28 iyul 2026 | 15:11

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.5.7-ci bəndinin, eyni zamanda “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın 8.5.2-ci bəndinin icrası Daşkəsən rayonunda aidiyyəti qurumlarla birgə nəzarətdə saxlanılır.

Monitorinqlər zamanı uşaqların yaşayış şəraiti, təhsil və sağlamlıq vəziyyəti, psixoloji inkişafı, eləcə də ailə mühitində hüquq və mənafelərinin qorunması qiymətləndirilir. Aşkar edilmiş ehtiyaclara uyğun olaraq ailələrə sosial dəstək və zəruri məsləhətlər verilir, uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsinin təmin olunmasına dair müvafiq tədbirlər həyata keçirilir.

Cari ildə qəyyumluğa verilən 11 ailədə ümumilikdə 29 görüş keçirilərək, uşaqların valideynləri və qanuni nümayəndələri ilə ətraflı maarifləndirmə, izahat işləri aparılıb, müəyyən edilmiş bəzi çatışmazlıqların operativ surətdə aradan qaldırılmasına nail olunub.

Həmçinin rayonda vətəndaşlara himayədar ailə modelinin üstünlükləri, uşaqların ailə mühitində böyüməsinin əhəmiyyəti və xidmətə qoşulma qaydaları barədə məlumatlar verilib.

Daşkəsən rayonu üzrə cari hesabat dövründə də övladlığa götürülmüş və himayəyə verilmiş uşaq qeydə alınmayıb.

Keçidlər