Daşkəsən rayonunda növbəti əmək yarmarkası keçirilib
İyunun 11-də Daşkəsən rayon Quşçu kənd Ə.İsmayılov adına tam orta ümumtəhsil məktəbində Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə "AzerGold" QSC və podratçı şirkətlər tərəfindən əmək yarmarkası keçirilib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Vüqar Məmmədov, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının məsul əməkdaşları, işəgötürən müəssisələr, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Daşkəsən rayon xidmət şöbəsində qeydiyyata alınmış 80 nəfər işsiz və işaxtaran şəxs iştirak edib.
Əmək yarmarkasına işəgötürənlər 40-dan çox vakansiya çıxarıb.
Müraciətçilərin CV-ləri qəbul edilərək qeydiyyatı aparılıb. Eyni zamanda işsiz və işaxtaranlara aktiv məşğulluq, müraciət qaydaları, vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında məlumat verilib.






