Daşkəsən rayonunda kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı görüş keçirilib
İyulun 15-də "Daşkəsən rayonunda kənd təsərrüfatının siyahıyaalınması” mövzusunda görüş təşkil olunub. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, icra nümayəndəliklərinin əməkdaşları, bələdiyyə sədrləri və üzvləri, eləcə də bu sahədə fəaliyyət göstərəcək sayıcılar iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, rayon üzrə kənd təsərrüfatı siyahıyaalınmasına yardım komissiyasının sədri Vüqar Məmmədov, Daşkəsən Rayon Statistika İdarəsinin rəisi Xasay Hüseynov mövzu ətrafında çıxış edərək, iştirakçılara ətraflı məlumat veriblər. Qeyd olunub ki, cari ilin 15 iyul–15 avqust tarixləri arasında ölkə üzrə, o cümlədən Daşkəsən rayonunda kənd təsərrüfatının siyahıyaalınması həyata keçiriləcək. Bu prosesin əsas məqsədi sahə üzrə dəqiq və etibarlı statistik məlumatların toplanması, habelə icraçılar üçün zəruri təlimatların çatdırılmasıdır.
Görüşdə həmçinin siyahıyaalmanın mahiyyəti, əhatə dairəsi və əhəmiyyəti vurğulanıb, metodoloji əsasları və həyata keçirilmə mərhələləri barədə ətraflı izahlar təqdim olunub.
Sonda iştirakçılar mövzu ilə bağlı suallarını səsləndirib, fikir mübadiləsi aparılıb.






