Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən rayonunda heyvan kəsimi və ət satışı məntəqələrində sanitar-gigiyenik normalara riayət edilməsi və qanunsuz küçə ticarəti ilə bağlı monitorinqlər keçirilib

03 aprel 2026 | 13:19

Aprelin 3-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional bölməsinin Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirdiyi monitorinqlərdə heyvan kəsimi və ət satışı ilə məşğul olan obyektlərdə sanitar-gigiyenik qaydalara əməl olunması yoxlanılıb, qanunsuz küçə ticarəti halları araşdırılıb.

Yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlarla bağlı sahibkarlara xəbərdarlıqlar edilib, maarifləndirmə aparılıb, bəzi hallarda isə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Qeyd edək ki, monitorinqlərin məqsədi əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi və qeyri-qanuni fəaliyyətlərin qarşısının alınmasıdır.

Monitorinqlər davam etdiriləcək.

Keçidlər