Daşkəsən rayonunda ədliyyə işçilərinin peşə bayramı günü keçirilib
22 noyabr – Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov və rayonun ədliyyə işçiləri Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla anıblar.
İcra başçısı Orxan Abbasov başda Ədliyyə naziri Fərid Əhmədov olmaqla bütün ədliyyə orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edib, məsul fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Daşkəsən rayon ədliyyə işçiləri bildiriblər ki, ölkə rəhbərliyi tərəfindən göstərilən yüksək etimadı doğrultmaq, rayon əhalisinin hüquqlarını təmin etmək üçün bundan sonra da var qüvvələri ilə çalışacaqlar.
Sonda xatirə şəkli çəkdirilib.






