Daşkəsən rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub
23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHBA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri düzüblər, xatirəsinə ehtiramlarını bildiriblər.
İcra Hakimiyyətinində davam etdirilən tədbir Dövlət Himninin səsləndirilməsi, müasir müstəqil Azərbaycan Respublikasının qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov dövlət qulluqçularını peşə bayramı günü münasibətilə təbrik edib, ölkəmizdə dövlət qulluğu sahəsində həyata keçirilən ardıcıl islahatlardan, dövlət idarəetməsində şəffaflığın, operativliyin və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlərdən söz açıb. Bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu dövlət siyasəti nəticəsində dövlət qulluğu sistemi daha da təkmilləşdirilmiş, dövlət qulluqçularının peşəkarlığının artırılması, sosial rifahının yaxşılaşdırılması və müasir idarəetmə prinsiplərinin tətbiqində mühüm addımlar atılmışdır. Vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərmək, dövlətə ictimai etimadı möhkəmləndirmək və Azərbaycan Respublikasının davamlı inkişafına öz töhfələrini vermək dövlət qulluqçularının qarşısında duran əsas vəzifələrdəndir.
Sonda Daşkəsən RİHBA-nın bir qrup əməkdaşı – Hüquq və kadr məsələləri sektorunun müdiri Ruslan Məmmədəliyev, İnzibati işlər sektorunun müdiri-baş mühasib Kazım Abdullayev, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun baş məsləhətçi (əhali ilə görüşlərin təşkilatçısı) Ayaz Allahyarov, Ərazi-təşkilat məsələləri sektorunun böyük məsləhətçisi İlkin Teymurlu, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun məsləhətçisi Bəhmən Verdiyev, İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi – Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Rəşad Qurbanov, Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin məsləhətçisi (vətəndaş müraciətləri üzrə işin aparıcısı) Pərvin Paşayev, Dəstəfur kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Yusif Haqverdiyev, Zəylik kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə İnqilab Allahverdiyev və Qabaqtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Elvin İmanov 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunublar.






