Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən rayonunda Daşkəsən-Alunitdağ avtomobil yolunda sel suları nəticəsində baş vermiş torpaq sürüşməsinin nəticələri aradan qaldırılır

30 mart 2026 | 15:03

27-28 mart 2026-cı il tarixlərində Daşkəsən rayonuna aramsız yağan leysan yağışları nəticəsində ümumi uzunluğu 3 kilometr olan Daşkəsən-Alunitdağ avtomobil yolunun 2-ci kilometrində torpaq sürüşməsi baş verib. Nəticədə 721 nəfərin yaşadığı Alunitdağ qəsəbəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Hadisə ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birlikdə əraziyə baxış keçirib, mövcud vəziyyətin aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Problemin aradan qaldırılması istiqamətində dərhal işlərə başlanılıb, ərazi çəpərlənib. “31 saylı Yol İstismarı” MMC və digər aidiyyəti qurumların dəstəyi ilə texnikalar cəlb olunmaqla ərazinin qaya parçalarından və palçıq kütləsindən təmizlənməsi, həmçinin yolun genişləndirilməsi, torpaq-çınqıl örtüyünün salınması işləri həyat keçirilib, gediş-gəliş bərpa olunub.

Daşkəsəndə qeyri-sabit hava şəraiti davam edir. Rayonun bütün idarə, müəssisə və xidmət sahələri işlərini hava şəraitini nəzərə almaqla qurur.

Keçidlər