Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda daşınmaz tarix və mədəniyyət abidələrinə məlumat lövhələri quraşdırılıb

14 aprel 2025 | 12:29

“AzerGold” QSC-nin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Daşkəsən rayonunda tarixi-mədəni abidələrin tanıdılması” layihəsi çərçivəsində rayonun ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri üçün xüsusi məlumat lövhələri hazırlanaraq quraşdırılıb.

“AzerGold” QSC-nin korporativ sosial məsuliyyət proqramı çərçivəsində icra edilmiş layihənin məqsədi faydalı qazıntı yataqlarında aktiv hasilat və istehsalat fəaliyyəti həyata keçirilən Daşkəsən rayonunun həm də zəngin füsunkar təbiətə, memarlıq və arxeoloji abidələrə malik qədim yaşayış məskənlərindən biri kimi tanıdılmasına, həmçinin ölkəmizin mədəni irs nümunələrinin mühafizəsinə töhfə verməkdir.

Layihə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə dövlət mühafizəsinə götürülmüş Daşkəsən rayonunda yerləşən daşınmaz 46 tarix və mədəniyyət abidəsini əhatə edib. Belə ki, 34 ölkə əhəmiyyətli arxeoloji abidə, 10 yerli əhəmiyyətli memarlıq abidəsi, 1 ölkə əhəmiyyətli memarlıq abidəsi və 1 yerli əhəmiyyətli monumental və xatirə abidəsi məlumat lövhəsi ilə təmin olunub.

Keçidlər