Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda Azərbaycan Qadınlarının VI Qurultayı ilə bağlı toplantı keçirilib

04 oktyabr 2023 | 18:15

Oktyabrın 4-də Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan Qadınlarının VI Qurultayı ərəfəsində rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında fəal rol oynayan qadınların toplantısı keçirilib. Toplantının məqsədi Daşkəsən rayonundan həmin Qurultaya namizədlərin seçilməsi və təkliflərin irəli sürülməsi olub.

Tədbir Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daşkəsən RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aidə Nağıyeva “Ulu Öndər Heydər Əliyevin dövlət qadın siyasəti” mövzusunda geniş məruzə ilə çıxış edib. Aidə Nağıyeva məruzəsində vurğulayıb ki, Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizə başçılıq etdiyi illərdə dövlət qadın siyasətinə böyük diqqətlə yanaşmışdır. Ulu Öndər Azərbaycan qadınlarının vəziyyətinin yaxşılaşdırılması sahəsində yetkin dövlət siyasətinin həyata keçirilməsini əsas aparıcı istiqamətlərdən biri hesab etmiş, bu sahəyə xüsusi qayğı göstərmişdir. Böyük dövlət xadimi həmişə Azərbaycan qadınının mərdliyini, dözümlülüyünü, səmimiyyətini, sədaqətini, vəfa və ismətini ən ali dəyər kimi qiymətləndirmişdir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs hazırda ölkə rəhbəri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir. Bu gün cəmiyyətimizdə qadınların rolu daha da artmışdır. Hansı sahəyə nəzər salsaq, onları orada öz peşəsini, ixtisasını dərindən bilən kadrlar arasında görürük. İstedadlı şair, yazıçı, rəssam, bəstəkar, bacarıqlı həkim, müəllim, mühəndis, alimdirlər. Respublikamızda həm kənd təsərrüfatının, həm də sənayenin inkişafında qadınlarımızın əməyi böyük və təqdirəlayiqdir. Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə Birinci vitse-prezidentlik institutunun yaradılması və Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin olunması müasir müstəqillik tarixmizin mühüm hadisəsidir. Bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi, bərabər hüquqların təmin edilməsi üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur.

Sonra Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova, Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin direktoru Sevil Ələsgərova və digərləri məruzə ətrafında çıxışlar ediblər, Daşkəsən rayonuna hər zaman  göstərdikləri diqqət və qayğıya görə Daşkəsən rayon qadınları adından Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Toplantının sonunda təkliflər dinlənilib və yekdilliklə Daşkəsən RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aidə Nağıyeva və Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin direktoru Sevil Ələsgərova Azərbaycan Qadınlarının VI Qurultayına Daşkəsən rayonunu təmsil etmək üçün seçiliblər.

Keçidlər