Daşkəsən rayonunda 6 dekabr – Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü qeyd edilib
06 dekabr 2025 | 09:22
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “Aztelekom” MMC-nin Qərb Regional Filialının Daşkəsən şöbəsinin müdiri Xaliq Hüseynov və şöbənin əməkdaşları 6 dekabr – Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü münasibətilə Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.
İcra başçısı Orxan Abbasov peşə bayramı münasibətilə başda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev olmaqla bütün rabitə və informasiya texnologiyaları sahəsi işçilərini təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.






