Daşkəsən rayonunda 2024-cü il ərzində mülki müdafiə işinin təşkili və vəziyyəti barədə hesabat yığıncağı keçirilib
Dekabrın 24-də Daşkəsən Rayon İcra Hakimiyyətinin akt zalında rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu və 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda hesabat yığıncağı keçirilib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısınının müavini-Rayon Fövqəladə Hallar Komissiyasının sədri Namiq Süleymanov, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin tədbirlərin planlaşdırılması şöbəsinin rəisi mayor Fuad Muradov və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Mülki Müdafiəyə hazırlıq şöbəsinin rəisi polkovnik-leytenant Bəhai Nəsirov məruzələrlə çıxış ediblər. Bildirilib ki, “Mülki Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələri həyata keçirmək, o cümlədən fövqəladə hadisələrin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədilə Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən yerli özünüidarəetmə orqanları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara aidiyyəti üzrə tövsiyə və tapşırıqlar verilib. Həmçinin Daşkəsən rayonunda 2024-cü il üçün mülki müdafiə tədbirləri planına müvafiq olaraq planlaşdırılan bütün tədbirlərin yerinə yetirildiyi və qarşıya qoyulan məqsədlərə nail olunduğu vurğulanıb.
Sonra idarə, müəssisə və təşkilatlarda, habelə təhsil müəssisələrində mülki müdafiə sahəsində mövcud vəziyyət və 2025-ci ildə qarşıda duran vəzifələrlə bağlı müzakirə aparılıb.