Daşkəsən rayonunda 1 Noyabr – Kənd təsərrüfatı işçiləri günü qeyd olunub
01 noyabr 2025 | 09:49
1 Noyabr – Azərbaycan Respublikasında Kənd təsərrüfatı işçiləri günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Vüsal Rzayev, rayonun kənd təsərrüfatı işçiləri və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri düzüblər.
İcra başçısı Orxan Abbasov peşə bayramı günü münasibətilə rayonun kənd təsərrüfatı işçilərini təbrik edib, onlara məsul fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.






