Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən rayonuna məişət tullantılarının daşınması üçün yeni texnika verilib

12 mart 2026 | 13:57

Prezident cənab İlham Əliyevin iştirakı ilə Bakı Ekspo Mərkəzinin həyətində təqdim olunan məişət tullantılarını daşıyan texnikalardan biri Daşkəsən rayonuna göndərilib. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov məişət tullantıları daşıyan texnika ilə tanış olub, səmərəli istismar və ekoloji təmizliyin təmin edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Daşkəsən şəhəri Kommunal Müəssisələri Kombinatının direktoru Anar Xəlilov məlumat verib ki, “Şəhərsalma və Memarlıq İli”ndə məişət tullantıları daşıyan texnikanın Daşkəsən şəhərinə də göndərilməsi ilk növbədə rayonda kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və sanitariya-gigiyena vəziyyətin yaxşılaşdırılmasına əlavə töhfə verəcəkdir.

Qeyd edək ki, Daşkəsən rayonunda kommunal təsərrüfatın müasirləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər davam etdirlir.

Keçidlər