Daşkəsən rayonuna güclü qarın yağması davam edir
Fevralın 20-i axşam saatlarından başlayaraq Daşkəsən rayonu ərazisinə intensiv qar yağmağa başlayıb. Yağan qarın qalınlığı Daşkəsən şəhərində 15-20 santimetr, daha yüksəklikdə yerləşən dağ kəndlərində 30-35 santimetrə çatıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun tapşırığına uyğun olaraq şəhərarası yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda mütəmadi olaraq qarın təmizlənməsi işləri aparılır, qum-duz qarışığı səpilir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin köməkliyi ilə bütün sahələrdə qışa hazırlıq işləri tam başa çatdığından güclü qarın yağması rayonda heç bir problem yaratmayıb. Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilə yoxdur. Rayonun bütün idarə, müəssisə və xidmət sahələri işlərini hava şəratini nəzərə almaqla qurur.
Hazırda Daşkəsən rayonu ərazisində intensiv qarın yağması və şaxtalı hava şəraiti davam edir.