Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonu üzrə ümumtəhsil məktəblərinin 4-cü və 6-cı sinif şagirdlərinin mərkəzləşmiş qaydada monitorinqi keçirilib

18 may 2025 | 12:50

17-18 may tarixlərində ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində olduğu kimi Daşkəsən rayonunda da  4-cü və 6-cı sinif şagirdlərinin 5 mərkəzdə monitorinqi təşkil olunub. Monitorinqin keçirilməsinə Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq dəstək verilib.

Şagird nailiyyətlərinin yaxşılaşdırılması, şagirdlərdə standartlar əsasında bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi, tədrisin keyfiyyətinin artırılması və səriştə əsaslı qiymətləndirmənin təşviqi monitorinqin məqsədlərindəndir.

Rayon üzrə 421 nəfər şagirdin iştirakı nəzərdə tutulan monitorinq 4-cü siniflərdə tədris dili və riyaziyyat, 6-cı siniflərdə tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılıb. 4-cü sinif şagirdlərinə tədris dili fənninə aid 30 qapalı sual, riyaziyyat fənninə aid 25 qapalı və 5 açıq kodlaşan sual, 6-cı sinif şagirdlərinə tədris dili və təbiət fənlərinin hər birindən 25 qapalı, riyaziyyat fənninə aid 20 qapalı və 5 açıq kodlaşan sual təqdim olunub. Səhv cavablar düz cavablara təsir göstərməyib. Monitorinq 4-cü siniflərdə 150 dəqiqə, 6-cı siniflərdə 180 dəqiqə ərzində keçirilib.

Monitorinqin nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına və onların sinifdən sinfə keçmələrinə təsir göstərmir.

 

 

Keçidlər