Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonu üzrə nəqliyyat sektorunun göstəriciləri

07 aprel 2025 | 13:59

2024-cü ildə nəqliyyat və anbar təsərrüfatı sektorunda məhsul buraxılışının həcmi 2023-cü ilə nisbətən müqayisəli qiymətlərlə 5,0 faiz artaraq 3370,7 min manat olmuşdur.
Məhsul buraxılışının 42,3 min manatı və ya 1,3 faizi hüquqi şəxslərə, 3328,4 min manatı və ya 98,7 faizi fiziki şəxslərə aid olmuş, 2023-cü illə müqayisədə 4,6 faiz artmışdır. Fiziki şəxslər üzrə məhsul buraxılışının ümumi həcminin 2401,9 min manatı və ya 72,2 faizi yük daşınmasına, 926,5 min manatı və ya 27,8 faizi sərnişin daşınmasının payına düşmüşdür.
2024-cü ildə nəqliyyat sektorunda yük daşınmasının həcmi 356,0 min ton olmuş və 2023-cü illə müqayisədə 6,0 faiz artmışdır. 2024-cü ildə 7026,0 min nəfər sərnişin daşınmış və 2023-cü illə müqayisədə 8,0 faiz çox olmuşdur.

Keçidlər