Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayon Pirverdilər və Tapan kəndləri sakinlərinin yolla bağlı müraciətləri müsbət həll edilib

03 iyun 2025 | 12:14

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş məmnunluğunun təmin edilməsinə dair tapşırıq və tövsiyələrinə uyğun olaraq, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov həm rayon icra hakimiyyətinin inzibati binasında, həm də yerlərdə mütəmadi olaraq vətəndaşların qəbullarını keçirir, onların müraciətlərini dinləyir, qaldırdıqları məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görür.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Pirverdilər və Tapan kəndlərində keçirdiyi səyyar qəbullar zamanı kəndlərin sakinləri müraciət edərək rayon mərkəzi ilə kəndləri birləşdirən avtomobil yollarının təmir olunmasını, texnika vasitəsilə hamarlanmasını xahiş ediblər.

Vətəndaşların müraciətləri əsasında icra başçısı Orxan Abbasovun göstərişi ilə daxili imkanlar hesabına sözügedən yollara çınqıl-torpaq örtüyü salınıb, xüsusi texnikalar vasitəsilə hamarlama və xırlama işləri həyata keçirilib, suötürücü qurğular təmizlənərək təmir edilib, nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti təmin olunaraq, sakinlərin istifadəsinə verilib.

Pirverdilər və Tapan kəndlərinin sakinləri müraciətlərinin tez bir zamanda həll edilməsinə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər