Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib

22 iyul 2025 | 14:36

İyulun 22-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı toplantıda rayonun səhiyyə işçiləri iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad olunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda və Daşkəsən Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Mirzəkərim Tağıyev "Ulu Öndər Heydər Əliyevin səhiyyə siyasəti” mövzusunda məruzələrlə çıxışlar ediblər.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın bütün sahələrində olduğu kimi, səhiyyə sahəsinin də inkişafını müstəqil dövlətçilik strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyən etmişdi. Onun həyata keçirdiyi səhiyyə siyasəti insan amilinə, vətəndaşın sağlamlığının qorunmasına və əhalinin tibbi təminatının yaxşılaşdırılmasına əsaslanırdı. Ulu Öndərin səhiyyə sahəsində qoyduğu təməl bu gün uğurla davam etdirilir. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən aparılan islahatlar, xüsusilə icbari tibbi sığorta sisteminin tətbiqi, ölkəmizdə müasir tipli yeni xəstəxana və diaqnostika mərkəzlərinin istifadəyə verilməsi bu siyasətin davamıdır.

Tədbirin sonunda iştirakçılar “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətini qeyd edərək, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin və respublikamızın müstəqilliyi yolunda gördüyü işlərin daim yaşadılacağını bildiriblər.

Keçidlər