Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

13 avqust 2025 | 16:09

Avqustun 13-də Daşkəsən Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin 2025-ci il üçün mülki müdafiə üzrə tədbirlər planına uyğun olaraq, xəstəxananın inzibati binasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin məşqi keçirilib.

Məşqdə Daşkəsən rayon fövqəladə hallar komissiyası, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları, xəstəxananın rəhbər heyəti, mülki müdafiə qərargahının üzvləri iştirak ediblər.

Mülki müdafiə məşqinin məqsədi xəstəxananın fövqəladə hadisələrdə hazırlıq səviyyəsinin müəyyən edilməsi, mülki müdafiə orqan və qüvvələrinin idarəedilməsinin təşkili, mülki müdafiə planının reallığının yoxlanılması olub.

Mülki müdafiə qərargahının rəisi Vasif Hüseynov xəstəxanada mülki müdafiə hazırlığının vəziyyəti barədə geniş məlumat verib, inzibati binanın təxliyyə xəritəsi üzərində məşqin gedişini izah edib, eyni zamanda, məşqin planının məzmununu diqqətə çatdırıb.

Tədbirdə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri gələnə qədər xəstəxana daxilində yaradılan mülki müdafiə qüvvələrinin – rabitə və xəbərdarlıq, mühəndis-kəşfiyyat, xilasedicilər, yanğınsöndürənlər, sanitar, qəza-bərpa və ictimai asayişi mühafizə manqalarının üzərinə düşən vəzifələrdən danışılıb, müzakirə aparılıb və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq plan hazırlanması qərara alınıb.    

 

Keçidlər