Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov yeni tədris ilinin başlaması münasibəti ilə məktəbli şəhid övladlarını evlərində ziyarət edib
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov “Konstitusiya və Suverenlik İli”, habelə “27 Sentyabr – Anım Gününün beşinci ildönümünün qeyd olunması” ilə bağlı təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq yeni tədris ilinin başlanması münasibəti ilə məktəbli şəhid övladlarını evlərində ziyarət edib, təbriklərini çatdırıb, onlara dərslərində uğurlar arzulayıb.
İcra başçısı vurğulayıb ki, dövlətin əsas prioritetlərindən biri şəhid ailələrinin sosial rifahı və övladlarının təhsil imkanlarının genişləndirilməsidir. Bu baxımdan onların təhsildə uğur qazanması üçün bütün lazımi dəstək göstərilir. Şəhidlərimizin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri heç zaman unudulmayacaq və onların ailələri daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacaqdır.
Görüşlər zamanı məktəbli şəhid övladlarına geyim dəsti və digər hədiyyələr təqdim edilib.
Şəhid ailələri onlara hər zaman göstərilən diqqətə, bəslənən həssas münasibətə görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






