Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov “Ucqar Ərazilərdə Tibbi Xidmətlər” layihəsinə əsasən Daşkəsəndə keçirilən əhalinin tibbi müayinəsinin gedişatı ilə tanış olub

04 sentyabr 2025 | 14:35

Sentyabrın 4-dən Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə icra etdikləri “Ucqar Ərazilərdə Tibbi Xidmətlər” layihəsinə əsasən, Daşkəsəndə əhalinin sağlamlığını qorumaq, həmçinin ucqar ərazilərdə yaşayan sakinlərin tibbi xidmətlərə əlçatanlığını təmin etmək, xəstəliklərin erkən diaqnostikasını aparmaq, preventiv tədbirlər görmək və ixtisaslı mütəxəssis çatışmazlığını aradan qaldırmaq  məqsədilə Bakıda və regionlarda fəaliyyət göstərən həkim-mütəxəssislər tərəfindən tibbi müayinələrə start verilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Rayon Mərkəzi Xəstəxanasına gələrək yaradılmış şəraitlə tanış olub, müayinələrin təşkili, xidmətin keyfiyyəti və əhalinin qəbulu prosesi barədə həkimlərdən və təşkilatçılardan ətraflı məlumat alıb.  İcra başçısı layihənin həyata keçirilməsində əməyi olan TƏBİB rəhbərliyinə, təşkilatçı heyətə və iştirakçı həkimlərə təşəkkürünü bildirib.

Qeyd edək ki, sentyabrın 6-dək davam edəcək müayinələr çərçivəsində vətəndaşlara pediatr, endokrinoloq, nevropatoloq, oftalmoloq, kardioloq, terapevt, radioloq , labarator analiz və digər tibbi xidmətlər göstəriləcək. Bütün tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə uyğun icra edilir.

 

Keçidlər