Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov şəhər ərazisində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün yeni inşa edilən yaşayış binasında aparılan tikinti işləri ilə tanış olub
Prezident cənab İlham Əliyevin tapşırığına uyğun, qəzalı vəziyyətdə olan çoxmənzilli binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Daşkəsən şəhəri M. Əsədov küçəsi 13 ünvanında yerləşən qəzalı vəziyyətdə olan 3 mərtəbəli, 2 girişli, 12 mənzilli yaşayış binasının sakinlərinin köçürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında podratçı təşkilat tərəfindən 2025-ci ilin noyabr ayından yeni 3 mərtəbəli, 2 girişli, 12 mənzilli yaşayış binasının tikintisinə başlanılıb, hazırda işlər davam etdirilir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov görülən tikinti işlərinin gedişatı ilə yerində tanış olub. Rayon rəhbərinə məlumat verilib ki, layihəyə uyğun binanın zirzəmi və mərtəbələrində armatur-qəlib və betonlama işləri tamamlanıb, zirzəmi hissəsində hörgü və izolyasiya işləri görülüb. İyun ayında ərazidə istinad divarlarının, su anbarlarının və nasosxananın tikintisi planlaşdırılır. Cari ilin sonunadək yaşayış binasının tikintisinin tamamlanması və ətrafının abadlaşdırılması nəzərdə tutulur.
İcra başçısı Orxan Abbasov tikinti prosesinin gedişini müsbət qiymətləndirərək keyfiyyət standartlarına ciddi riayət olunması ilə bağlı iş icraçılarına müvafiq tapşırıq və tövsiyələrini verib.






