Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayonun idarə, müəssisə və təşkilat rəhbərləri ilə müşavirə keçirib
Sentyabrın 22-də Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə cari il ərzində rayonda müxtəlif sahələr üzrə görülmüş işlər, əldə olunmuş uğurlar ətraflı təhlil edilib, həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr geniş müzakirə olunub. Həmçinin aidiyyəti qurumlar qarşısında duran vəzifələr diqqətə çatdırılıb və qarşıdakı dövr üçün prioritetlər müəyyənləşdirilib.
İcra başçısı Orxan Abbasov rayonda görülən işlərin ardıcıl və səmərəli şəkildə davam etdirilməsinin, qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə icra olunmasının vacibliyini bildirib. Konkret tapşırıq və tövsiyələr verən rayon rəhbəri qarşıdakı dövrdə prioritet istiqamətlər üzrə işlərin gücləndirilməsini, mövcud məsələlərin operativ şəkildə həll edilməsini və vətəndaş müraciətlərinə diqqətin daha da artırılmasını vurğulayıb.
Müşavirədə gündəlikdə duran məsələlərlə bağlı digər təklif və fikirlər də dinlənilib






