Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov növbəti heyvandarlıq təsərrüfatına baxış keçirib

03 sentyabr 2026 | 17:24

Sentyabrın 3-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurla icrasının təmin edilməsi, aqrar sahədə fəaliyyət göstərən təsərrüfatların mövcud vəziyyətinin yerində öyrənilməsi, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə görülən işlərin qiymətləndirilməsi və bu sahədə fəaliyyət göstərən sahibkarlarla birbaşa əlaqələrin gücləndirilməsinin davam etdirilməsi məqsədilə yaradılmış Qərargah üzvləri ilə birgə Bayan kəndində fermer Etibar Alıyevə məxsus “Ağbaba” fermer təsərrüfatında olub. Təsərrüfatla tanışlıq zamanı rayon rəhbərinə müəssisənin fəaliyyəti, heyvandarlıq sahəsində əldə olunan nəticələr, mal-qaranın saxlanılması üçün yaradılmış şərait, eləcə də təsərrüfatın gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, təsərrüfatda heyvanların sağlam saxlanılması, yem təminatının gücləndirilməsi, süd və ət istehsalının artırılması üçün tədbirlər həyata keçirilir, müasir yanaşmaların tətbiqinə xüsusi diqqət yetirilir.

İcra başçısı Orxan Abbasov təsərrüfat ərazisində yaradılmış şəraitlə tanış olaraq heyvandarlığın kənd təsərrüfatının əsas istiqamətlərindən biri olduğunu deyib. Rayon rəhbəri aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyinin, o cümlədən güzəştli maliyyə imkanlarının, subsidiyaların və müxtəlif təşviq mexanizmlərinin təsərrüfatların fəaliyyətinin genişləndirilməsinə, istehsalın artırılmasına və heyvandarlığın inkişafına böyük töhfə verdiyini vurğulayıb.

Eyni zamanda, fermer Etibar Alıyevlə təsərrüfatın fəaliyyətinin daha da genişləndirilməsi, mövcud imkanlardan səmərəli istifadə olunması və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sahibkar onun təsərrüfatına göstərilən diqqət və qayğıya, kənd təsərrüfatının inkişafı üçün yaradılan əlverişli şəraitə görə Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib.

Keçidlər