Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə təşkil olunan infoturda iştirak edib

12 iyun 2026 | 11:56

“AzerGold” QSC tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri üçün Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) infotur təşkil edilib.

Ölkənin qeyri-neft sənayesinin mühüm istiqamətlərindən biri olan dağ-mədən sektorunda həyata keçirilən fəaliyyət və istehsal prosesləri ilə yaxından tanışlıq məqsədi daşıyan infoturda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və Mərkəzin məsul əməkdaşları iştirak edib.

“AzerGold” QSC və İİTKM-in fəaliyyətlərinin 10 illiyi münasibətilə təşkil olunan tanışlıq səfəri çərçivəsində “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – Sədrin müavini Xəyyam Fərzəliyev dövlət şirkətinin fəaliyyət istiqamətləri, əldə etdiyi nəticələr və strateji hədəfləri barədə ətraflı məlumat verib.

Daha sonra iştirakçılara ÇİRES-in fəaliyyəti, hasilat və emal prosesləri, istehsalatda tətbiq olunan müasir texnologiyalar, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi standartları barədə təqdimat keçirilib. İnfotur iştirakçıları müəssisənin istehsalat sahələrinə baxış keçirərək ölkənin strateji ixrac məhsullarından biri olan qızılın emal mərhələlərini yerində izləmək imkanı əldə ediblər.

Səfər zamanı “AzerGold” QSC-nin həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələri, eləcə də ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf istiqamətində görülən işlər barədə məlumat təqdim olunub.

Keçidlər