Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin yeni təyin olunmuş müdiri Elçin Kərimovla görüşüb
04 dekabr 2024 | 16:02
Dekabrın 4-də Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən görüşdə təhsilin inkişafı ilə bağlı rayonda reallaşdırılan tədbirlərdən danışılıb, qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Vurğulanıb ki, Prezident cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində Daşkəsən rayonunda da olan təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli işlərin görülməsi uğurla davam etdirilir.
Görüşün yekununda icra başçısı Orxan Abbasov yeni təyinatı ilə bağlı Elçin Kərimovu təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.