Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin yeni təyin olunmuş rəisi Nail Məmmədovla görüşüb
06 may 2025 | 11:00
Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Nail Məmmədov Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Bununla əlaqədar olaraq, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Nail Məmmədovu qəbul edərək, onunla görüş keçirib.
Görüş zamanı Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın ölkə mədəniyyətinə göstərdikləri yüksək diqqət və qayğıdan danışılıb, Daşkəsən rayonunda mədəniyyət sahəsində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Sonda icra başçısı Orxan Abbasov Nail Məmmədovu yeni təyinatı münasibətilə təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzulayıb.