Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynovla görüşüb

28 yanvar 2026 | 17:27

Gənclər və İdman naziri Fərid Qayıbovun müvafiq əmri ilə Elşən Hüseynov Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Bununla əlaqədar olaraq, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Elşən Hüseynovu qəbul edərək görüş keçirib.

Görüş zamanı Daşkəsən rayonunda gənclər və idman sahəsində həyata keçirilən tədbirlərdən söz açılıb və qarşıda duran vəzifələr müzakirə olunub.

İcra başçısı Orxan Abbasov Elşən Hüseynova gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Keçidlər