Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə İmanov Nizami Simon oğlunu Fəxri Fərmanla təltif edib
02 mart 2026 | 12:22
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İmanov Nizami Simon oğlunun çalışmanın son yaş həddinin başa çatması münasibətilə görüş keçirilib.
Görüş zamanı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Nizami İmanova xoş arzularını çatdırıb. Rayon rəhbəri dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Nizami İmanovu Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edərək, Fəxri Fərmanı Nizami İmanova təqdim edib.
Nizami İmanov göstərilən etimada və fəaliyyətinə verilən yüksək dəyərə görə minnətdarlığını bildirib, dövlət mənafelərinin qorunması üçün ictimai fəallığını bundan sonra da davam etdirəcəyini söyləyib.






