Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsənov Firudin Bədəl oğlunu Fəxri Fərmanla təltif edib

04 avqust 2025 | 09:20

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Bayan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsənov Firudin Bədəl oğlunun çalışmanın son yaş həddinin başa çatması münasibətilə görüş keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Firudin Həsənova xoş arzularını çatdırıb. Vurğulayıb ki, Firudin Həsənov fəaliyyəti dövründə üzərinə düşən məsul vəzifələri vicdanla yerinə yetirmiş, Daşkəsən rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı ilə fəqlənmişdir. Onun fəaliyyəti Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə qiymətləndirilmişdir.  

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Firudin Həsənovu Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edərək, Fəxri Fərmanı Firudin Həsənova təqdim edib.

Firudin Həsənov göstərilən etimada və fəaliyyətinə verilən dəyərə görə minnətdarlığını bildirib, dövlət  mənafelərinin qorunması üçün ictimai fəallığını bundan sonra da davam etdirəcəyini söyləyib.

Keçidlər