Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Ələkpərov Xudayar Xanlar oğlunu Fəxri Fərmanla təltif edib

26 dekabr 2025 | 12:07

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ələkpərov Xudayar Xanlar oğlunun çalışmanın son yaş həddinin başa çatması münasibətilə görüş keçirilib.

Görüş zamanı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Xudayar Ələkpərova xoş arzularını çatdırıb. Vurğulayıb ki, Xudayar Ələkpərov fəaliyyəti dövründə üzərinə düşən məsul vəzifələri vicdanla yerinə yetirmiş, Daşkəsən rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı ilə fəqlənmişdir. Onun fəaliyyəti Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə qiymətləndirilmişdir.  

Orxan Abbasov dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Xudayar Ələkpərovu Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edərək, Fəxri Fərmanı Xudayar Ələkpərova təqdim edib.

Xudayar Ələkpərov göstərilən etimada və fəaliyyətinə verilən yüksək dəyərə görə minnətdarlığını bildirib, dövlət  mənafelərinin qorunması üçün ictimai fəallığını bundan sonra da davam etdirəcəyini söyləyib.

Keçidlər