Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov “Dövlət qulluğunda fərqlənməyə görə” medalını Rüfət Bədəlova təqdim edib
02 sentyabr 2025 | 11:48
Sentyabrın 2-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Prezident cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Daşkəsən RİHB-nin Əmirvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bədəlov Rüfət Abbas oğluna medal və vəsiqəni təqdim edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Rüfət Bədəlov əməyinə verilən qiymətə və dövlət qulluqçularına göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib, bundan sonra da vəzifə borcunu yüksək əzm və məsuliyyətlə yerinə yetirəcəyini qeyd edib.






