Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov daşkəsənli Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədovun dəfn mərasimində iştirak edib
Sentyabrın 17-də Gəncə Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədovun dəfn mərasimi keçirilib.
Dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və sakinlər iştirak ediblər.
İcra başçısı Orxan Abbasov mərhum İsrafil Məmmədovun vəfatından kədərləndiyini bildirib, rayon ictimaiyyəti adından ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət diləyib.
Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələrinə daim diqqət və qayğı göstərilməsi, onların problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsi və hər zaman onların yanında olmaq dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Allah rəhmət eləsin!






