Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Daşkəsən–Əmirvar–Qabaqtəpə avtomobil yolunun intensiv yağıntılar nəticəsində zərər görmüş hissəsində aparılan bərpa işlərinə baxış keçirib

16 iyun 2026 | 18:11

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Daşkəsən–Əmirvar–Qabaqtəpə avtomobil yolunun 3-cü kilometrliyində son günlər intensiv yağıntılar nəticəsində baş vermiş fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə yerində tanış olub.

Əraziyə baxış keçirən rayon rəhbəri görülən işlərin gedişi ilə maraqlanıb və bərpa tədbirlərinin qısa müddətdə və keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Hazırda aidiyyəti qurumlar tərəfindən ərazidə texnikalar cəlb olunmaqla yolun bərpa işləri davam etdirilir.

Keçidlər